• Həyatı
    • Haqqında
    • Fəxri adları və titulları
    • İştirak etdiyi beynəlxalq konfranslar
    • Müəllif Şəhadətnamələri
  • Kitablar
    • Dərsliklər
    • Monaqrafiyalar
    • Roman
    • Publisistika
  • Elmi fəaliyyət
    • Elmi redaktoru olduğu kitab və monoqrafiyalar
    • Proqram və metodik tövsiyələr
    • Redaksiya heyəti üzvü olduğu beynəlxalq və yerli jurnallar
    • Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
  • Müsahibələr
  • Məqalələr
  • Elmi əsərlər
    • Elmi əsərlər Az
    • Elmi əsərlər Ru
    • Elmi əsərlər En
    • Elmi əsərlər Tr
  • İnternet resursları
  • Fotolar
  • Videolar
  • Sual-Cavab
  • Bloq
  • Əlaqə

Xəbərlər

Hikmət Babaoğlu: Şəhid və qazi ailələrinə qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə mühüm töhfə verilməsidir. Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır”. Bunu  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O bildirib ki, şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsaylı güzəştlərin tətbiq olunması, onların mənzil və avtomobillərlə təmin edilməsi, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulması və s. kimi bu qəbildən olan sosial güzəştlər yalnız təminatın kiçik bir qismidir: “İşverənlərə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həyata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər kateqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı, ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan “YAŞAT” Fondu da məhz bu funksiyanı yerinə yetirəcək”.
Hikmət Babaoğlu vurğulayıb ki, bizim ən yaxşı milli xüsusiyyətlərimizdən bir qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmini göstərə bilməsidir: “Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Nəticə etibarilə, hər bir fərd özünü tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponent qismində çıxış edir. Beləliklə, xalq olaraq ümumi işimizə birgə töhfə verməklə kütləvi sinxron hərəkətin iştirakçısı olur, milli-mənəvi bağlarımızı mühkəmləndiririk. Bu, çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün çox vacibdir”.

2020-12-09

Xəbərlər


Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir.
Tarix: 2021-01-19


Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.
Tarix: 2021-01-14


Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Tarix: 2021-01-13


Hikmət Babaoğlu: Hazırkı geostarteji reallıq regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər vəd edir.
Tarix: 2021-01-12


Hikmət Babaoğlu: ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal demokratiya olmadığı ortaya çıxdı.
Tarix: 2021-01-08


Hikmət Babaoğlu: Qərar qəbul edilərkən məsələyə kompleks yanaşılıb və vətəndaşlarımızın sosial mənafeyi nəzərə alınıb .
Tarix: 2021-01-05


Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir
.

Tarix: 2020-12-23


Co Baydenin ABŞ prezidenti seçilməsi dünyaya nə vəd edir? - TƏHLİL .
Tarix: 2020-12-19


Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının mənafeyi durur.
Tarix: 2020-12-16


Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür
.

Tarix: 2020-12-12


Hikmət Babaoğlu: Şəhid və qazi ailələrinə qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir.
Tarix: 2020-12-09


Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin istənilən beynəlxalq tribunadan ölkəmizin maraqlarını müdafiə etməsi ənənə halını alıb.
Tarix: 2020-12-04


Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib.
Tarix: 2020-12-03


Hikmət Babaoğlu: Kommunikasiyaların açılması yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımi şərtləri formalaşdıracaq.
Tarix: 2020-12-01


Hikmət Babaoğlu: Azərbaycan bundan sonra da öz maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək.
Tarix: 2020-11-27


Hikmət Babaoğlu: Azərbaycan əsgəri xilaskar olduğunu bir daha nümayiş etdirdi.
Tarix: 2020-11-25


Hikmət Babaoğlu: Rusiya Prezidentinin mövqeyi tarixi və hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır.
Tarix: 2020-11-19


Hikmət Babaoğlu: Fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilməməlidir.
Tarix: 2020-11-18


Hikmət Babaoğlu: Prezident İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər sərkərdə oldu.
Tarix: 2020-11-17


Hikmət Babaoğlu: Xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb.
Tarix: 2020-11-13

© 2016 . All Rights Reserved. Powered by Cəbrayılov Elşad.