• Həyatı
    • Haqqında
    • Fəxri adları və titulları
    • İştirak etdiyi beynəlxalq konfranslar
    • Müəllif Şəhadətnamələri
  • Kitablar
    • Dərsliklər
    • Monaqrafiyalar
    • Roman
    • Publisistika
  • Elmi fəaliyyət
    • Elmi redaktoru olduğu kitab və monoqrafiyalar
    • Proqram və metodik tövsiyələr
    • Redaksiya heyəti üzvü olduğu beynəlxalq və yerli jurnallar
    • Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
  • Müsahibələr
  • Məqalələr
  • Elmi əsərlər
    • Elmi əsərlər Az
    • Elmi əsərlər Ru
    • Elmi əsərlər En
    • Elmi əsərlər Tr
  • İnternet resursları
  • Fotolar
  • Videolar
  • Sual-Cavab
  • Bloq
  • Əlaqə

Xəbərlər

Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək

“Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər: “Bu qərar müasir media və informasiya münasibətlərinin yeni əsaslarda tənzimlənməsini təmin edəcək. Eyni zamanda, milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişikliklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən, hətta deyərdim ki, arzuedilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamanda, hazırda ən müxtəlif internet resurslarında ən müxtəlif adlarda formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi. Milli informasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimizə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məsələlərini aktuallaşdırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilə bilməməsi gerçəkliyi idi. Əgər daha açıq danışmalı olsaq, milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi. Yəni mövcud informasiya subyektlərimizin transmilli media statusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzuedilən səviyyədə deyildi. Bu boşluqdan istifadə edən bəzi “yumşaq güc” mərkəzləri milli media məkanımızı daim təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə əslində, bizim informasiya gündəmimizi təyin edirdi”.
Hikmət Babaoğlu vurğulayıb ki, milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edirdi: “Çox təəssüf ki, əksər hallarda, nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı effektiv müqavimət nümayiş etdirə bilmirdilər. Nəticədə milli informasiya məkanımız manipulyasiyaya məruz qalır, beləliklə də, milli təhlükəsizliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər olsa da, effektiv nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda, kosmetik və parakəndə yanaşma tətbiq etməklə həll edilməyə cəhd göstərilirdi. Hazırda yeni təsis edilən Medianın İnkişafı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır. Bunun üçün yeni yaranmış qurumun nizamnaməsinə nəzər salmaq kifayətdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yaradılan yeni qrumun fəaliyyətinin tətbiqi sahəsi, sadəcə, çap mediası ilə məhdudlaşmır, onun imkanlarından digər bütün media subyektlərinin yararlanması şərtləri formalaşır. Bu, çox mühüm yenilikdir. Ona görə ki, agentlik, xəbər portalları, elektron media vasitələri, internet tv və s. kimi çoxsaylı informasiya subyektlərinin informasiya istehsal etməsi və onu istehlakçıya çatdırması çap mediası ilə müqayisədə dəfələrlə çoxdur. Deməli, yeni yaradılan qurum bu qədər zəngin və effektiv informasiya resursları ilə əməkdaşlıq etmək üçün yeni imkanlar əldə edibdir.
İkinci mühüm məsələ yeni qurumun media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək səlahiyyətinin olmasıdır ki, bu da yuxarıda dediyimiz kimi əslində, beynəlxaq və transmilli media ilə əməkdaşlıq çərçivəsində qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkilidir”.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, başqa bir məsələ Medianın İnkişafı Agentliyinin məhz bu əməkdaşlığı təmin edəcək kadr potensialını formalaşdıra bilmək imkanlarıdır: “Yəni jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, o cümlədən onların sosial müdafiəsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi də yeni yaradılan qurumun məqsədlərindən biri kimi müəyyənləşdirilib.
Bundan başqa, daha iki mühüm məsələ var ki, onların üzərində ayrıca dayanmaq lazımdır. Bunlardan biri dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir. Bu məsələnin əhəmiyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkilindən uzun illərdir danışsaq da, burada etimad mühitinin və qarşılıqlı əlaqələrin arzuedilən səviyyədə olmadığını hamımız yaxşı bilirdik. Yeni yaradılan qurumun fəaliyyət istiqamətlərindən birinin məhz bu sahə olması da həmin problemin həll edilməsinə ciddi töhfələr verə bilər. İknicisi isə qurumun səlahiyyətləri içərisində çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin olmasıdır. Əslində, uzun illərdir bu funksiyanı media üzrə ixtisaslaşmış ictimai təşkilatlar həyata keçirməli olsa da, nəticədə bəlli oldu ki, həmin sahədəki problemlər ötən illər ərzində öz həllini tapa bilmədi.
Ümid etmək olar ki, yeni qurum bu sahədə də öz işini səmərəli qura biləcək. Bütün bunlarla yanaşı, qanunvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi, yaxud yenilənməsi, maarifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi və s. kimi digər xeyli sayda yeni vəzifə və hüquqlar müəyyənləşdirilib ki, onların hər biri ayrılıqda mediamızın inkişafına təkan verəcək faktor qismində çıxış edəcək. Ona görə də Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək”.

2021-01-14

Xəbərlər


Hikmət Babaoğlu: Media sahəsində aparılan islahatlar çoxşaxəli xarakter daşıyır.
Tarix: 2021-02-26


Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir.
Tarix: 2021-02-25


Hikmət Babaoğlu: Sarkisyan müsahibəsində Ermənistanın siyasi rəhbərlərinin terrorçu düşüncə sahibi olduqlarını bütün dünyaya nümayiş etdirdi.
Tarix: 2021-02-19


Hikmət Babaoğlu: Azərbaycan çox qısa zamanda ərazi bütövlüyünü bərpa etdiyi kimi, böyük qayıdışı da tezliklə təmin edəcək.
Tarix: 2021-02-16


Hikmət Babaoğlu: Azərbaycan dünya hərb və siyasət tarixində bir ilkə imza atdı.
Tarix: 2021-02-11


Hikmət Babaoğlu: Şuşada tətbiq edilən yeni idarəetmə forması nümunəvi model rolunu oynayacaq.
Tarix: 2021-01-29


Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir.
Tarix: 2021-01-27


Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir.
Tarix: 2021-01-19


Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.
Tarix: 2021-01-14


Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Tarix: 2021-01-13


Hikmət Babaoğlu: Hazırkı geostarteji reallıq regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər vəd edir.
Tarix: 2021-01-12


Hikmət Babaoğlu: ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal demokratiya olmadığı ortaya çıxdı.
Tarix: 2021-01-08


Hikmət Babaoğlu: Qərar qəbul edilərkən məsələyə kompleks yanaşılıb və vətəndaşlarımızın sosial mənafeyi nəzərə alınıb .
Tarix: 2021-01-05


Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir
.

Tarix: 2020-12-23


Co Baydenin ABŞ prezidenti seçilməsi dünyaya nə vəd edir? - TƏHLİL .
Tarix: 2020-12-19


Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının mənafeyi durur.
Tarix: 2020-12-16


Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür
.

Tarix: 2020-12-12


Hikmət Babaoğlu: Şəhid və qazi ailələrinə qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir.
Tarix: 2020-12-09


Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin istənilən beynəlxalq tribunadan ölkəmizin maraqlarını müdafiə etməsi ənənə halını alıb.
Tarix: 2020-12-04


Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib.
Tarix: 2020-12-03

© 2016 . All Rights Reserved. Powered by Cəbrayılov Elşad.