• Həyatı
    • Haqqında
    • Fəxri adları və titulları
    • İştirak etdiyi beynəlxalq konfranslar
    • Müəllif Şəhadətnamələri
  • Kitablar
    • Dərsliklər
    • Monaqrafiyalar
    • Roman
    • Publisistika
  • Elmi fəaliyyət
    • Elmi redaktoru olduğu kitab və monoqrafiyalar
    • Proqram və metodik tövsiyələr
    • Redaksiya heyəti üzvü olduğu beynəlxalq və yerli jurnallar
    • Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
  • Müsahibələr
  • Məqalələr
  • Elmi əsərlər
    • Elmi əsərlər Az
    • Elmi əsərlər Ru
    • Elmi əsərlər En
    • Elmi əsərlər Tr
  • İnternet resursları
  • Fotolar
  • Videolar
  • Sual-Cavab
  • Bloq
  • Əlaqə

Xəbərlər

Hikmət Babaoğlu: Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edib

Prezident İlham Əliyev funksional baxımdan “bayraqdar”, yəni, ali və nəcib keyfiyyətlərə sahib, mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyəti ilə həmrəyliyin və bütövlüyün təmin olunmasına nail olan, "faydalı", yəni, özündə bir çox rasional lider keyfiyyətlərini birləşdirən, "təmsilçi", sahib olduğu bütün resurslardan təmsil etdiyi xalqın mənafeyi üçün istifadə edən liderdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə həm də xarizmatik və rasional-leqal liderdir. Yəni, pozitiv enerji doğurmaq bacarığı olan, sosial fəaliyyətə üstünlük verən, natiqlik və ünsiyyətçilik məharəti ilə, eyni zamanda, ekstraordinar keyfiyyəti ilə fərqlənən liderdir.

H.Babaoğlu diqqətə çatdırıb ki, siyasi lider İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edib. Yəni, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Beləliklə, radikalizmi, siyasi şantaj və ekstremizmi siyasi sistemimizdən çıxardı. Azərbaycan Prezidenti İlham Əliyev siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

Dövlətimizin başçısı beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu.

Siyasi lider islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyev neft kapitalını intelektual kapitala çevirək şüarı ilə krieativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və Azərbaycanın gələcək inkişafını təmin etdi. O əlavə edib ki, dövlətimizin başçısı XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə ən güclü rəqiblərinin kürəyini yerə vurdu və bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi. Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu.

Hikmət Babaoğlu qeyd edib ki, dövlətimizin başçısı XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü.

Ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən asılılığına son qoydu. Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi. Qısacası Prezident İlham Əliyev xalqımızı tarixi inkişaf mərhələsində keyfiyyətcə yeni eraya çıxarmağı bacardı.

2018-12-24

Xəbərlər


“Yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər”.
Tarix: 2019-02-22


“Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır”.
Tarix: 2019-02-20


Hikmət Babaoğlu: Prezident İlham Əliyevin sərəncamı gənclərə qayğının növbəti təzahürüdür.
Tarix: 2019-02-15


Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi bir çox mühüm cəhətlərlə yadda qaldı.
Tarix: 2019-02-13


"Yeni prosesin hədəfi milli dövlətlər və milli maraqlardır”.
Tarix: 2019-02-12


Davos İqtisadi Forumu strateji dialoq platformasıdır və Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynayır.
Tarix: 2019-01-26


Hikmət Babaoğlu: Radikal müxalifəti hərəkətə gətirənlər Azərbaycanı sevməyən qüvvələrdir.
Tarix: 2019-01-26


Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır.
Tarix: 2019-01-18


Deputat: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir.
Tarix: 2019-01-18


Hikmət Babaoğlu: Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, səmərəliliyini də artıracaq.
Tarix: 2019-01-15


Deputat: Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına sərt mesaj göndərdi.
Tarix: 2019-01-14


Hikmət Babaoğlu: Karaqandadakı hadisə erməni kriminal qruplaşmasının əvvəlcədən planlaşdırdığı cinayətdir.
Tarix: 2019-01-09


"2018-ci il olduqca uğurlu bir il kimi yadda qaldı”.
Tarix: 2019-01-03


Hikmət Babaoğlu: Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edib.
Tarix: 2018-12-24


Hikmət Babaoğlu: Bəzi qüvvələr informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirirlər.
Tarix: 2018-12-21


Hikmət Babaoğlu: Yaradıcı insanlar hər bir cəmiyyətin xüsusi intellektual təbəqəsidir.
Tarix: 2018-12-20


Milli Məclisin deputatı: Azərbaycan vətəndaşlarının rifahı daim Prezidentimizin diqqət mərkəzindədir.
Tarix: 2018-12-20


Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır.
Tarix: 2018-12-17


Millət vəkili: ABŞ-ın Ermənistana səfər edən vətəndaşlarına xəbərdarlığı bu ölkədə gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır.
Tarix: 2018-12-14


Heydər Əliyev bütün zamanların ən böyük dövlət xadimlərindən biri, Azərbaycan xalqının Ulu öndəridir.
Tarix: 2018-12-12

© 2016 . All Rights Reserved. Powered by Cəbrayılov Elşad.