• Həyatı
    • Haqqında
    • Fəxri adları və titulları
    • İştirak etdiyi beynəlxalq konfranslar
    • Müəllif Şəhadətnamələri
  • Kitablar
    • Dərsliklər
    • Monaqrafiyalar
    • Roman
    • Publisistika
  • Elmi fəaliyyət
    • Elmi redaktoru olduğu kitab və monoqrafiyalar
    • Proqram və metodik tövsiyələr
    • Redaksiya heyəti üzvü olduğu beynəlxalq və yerli jurnallar
    • Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
  • Müsahibələr
  • Məqalələr
  • Elmi əsərlər
    • Elmi əsərlər Az
    • Elmi əsərlər Ru
    • Elmi əsərlər En
    • Elmi əsərlər Tr
  • İnternet resursları
  • Fotolar
  • Videolar
  • Sual-Cavab
  • Bloq
  • Əlaqə

Xəbərlər

Deputat: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir

Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu, əlbəttə, təsadüfi deyil. Çünki 2019-cu ildə Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə, yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib. Deputat qeyd edib ki, hazırkı mürəkkəb beynəlxalq və regional şərtlər içərisində ölkəmizin əldə etdiyi bu qədər uğur, heç şübhəsiz, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir. Ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun beynəlxalq havadarlarıdır.

Milli Məclisin deputatı qeyd edib ki, erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları “5-ci kalon” üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər. Bir qədər konkret ifadə etməyə çalışsaq görəcəyik ki, hazırda anti-Azərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq sazişidir. Bunun başlıca səbəbi həmin sazişdə Avropa İttifaqına üzv ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapacağıdır. Bu, işğalçı Ermənistan və onun lobbisi ilə əlaqədar olan şəbəkəni ciddi şəkildə narahat edir. Çox maraqlıdır ki, Azərbaycandakı bəzi radikal müxalif marginallar da ölkəmizi məhz bu məsələdə tənqid etməklə əslində ermənilərlə sinxron hərəkət etdiklərini göstərirlər. Bunu isə Azərbaycan cəmiyyətinə guya Avropa İttifaqı ilə imzalanacaq sazişin milli maraqlarımıza cavab vermədiyi ilə izah etməyə çalışırlar. Ancaq, əlbəttə, ölkəmizdə hər kəs bunu başa düşür ki, radikallar eyni mərkəzdən sifariş almaqla milli maraqlarımıza qarşı əleyhdarlarımızla birgə çalışırlar.

Başqa bir mühüm məsələ ondan ibarətdir ki, bu il Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə, ölkəmiz həm iqtisadi baxımdan daha da güclənəcək, həm də siyasi baxımdan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq. Bu amil isə Dağlıq Qarabağ probleminin həllində bizi daha da güclü edəcək. Bu da işğalçı Ermənistanın lehinə deyil. Nəhayət, ən ümdə məsələlərdən biri Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən dəstəklənməsidir. “Opinion Way” sorğu şirkətinin anketlərində əksini tapan xalq–iqtidar birliyi nümunəsi də anti-Azərbaycan mərkəzlərin ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, Azərbaycanın inkişafına və müstəqil siyasətinə mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamaqla zəiflətmək və beləliklə də Qarabağ problemini birdəfəlik yaddan çıxarmaq istəyirlər. Diqqət etsək görərik ki, nə xaricdə bizə qarşı fəaliyyət göstərən "mühacirət müxalifəti", nə də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən danışan zaman bir dəfə də olsun Qarabağ problemindən danışmırlar. Çünki onlar, sadəcə, anti-Azərbaycan mərkəzlərdən aldıqları təlimatla hərəkət edirlər. Bütün bunlar isə Azərbaycan xalqının diqqətindən əsla yayınmır və xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə sövq edir.

2019-04-22

Xəbərlər


Rusiya və NATO ali hərbi rəhbərlərinin Bakıda görüşlər keçirməsi Azərbaycanın strateji dialoq platforması kimi çıxış etdiyini göstərir.
Tarix: 2019-11-27


Hikmət Babaoğlu : Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi.
Tarix: 2019-11-22


Onlar xalqın iradəsi və qanunla hesablaşmalıdırlar.
Tarix: 2019-11-02


Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi qərarı Azərbaycanın nüfuzunun artmasının daha bir təsdiqidir.
Tarix: 2019-11-01


Hikmət Babaoğlu: İdarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır.
Tarix: 2019-10-25


Hikmət Babaoğlu: Azərbaycan Prezidenti sübut etdi ki, Ermənistanın yürütdüyü işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır.
Tarix: 2019-10-12


“Milli şura”nın əsas məqsədi qarşıdurma yaratmaqla Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır”.
Tarix: 2019-10-10


“Aqressor da, işğalçı da Ermənistandır!”.
Tarix: 2019-10-08


Hikmət Babaoğlu: Azərbaycan əhalisinin sayının artması iqtisadi inkişaf və uğurlu sosial siyasətlə bağlıdır.
Tarix: 2019-10-03


Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir.
Tarix: 2019-09-24


Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib.
Tarix: 2019-09-14


Hikmət Babaoğlu: Azərbaycanın siyasi sistemi daima milli maraqlar ətrafında birləşməyi bacarır.
Tarix: 2019-09-12


Hikmət Babaoğlu: Ermənistanın “Amulsar” qızıl mədəni ətrafında siyasi xaos davam edir.
Tarix: 2019-09-11


Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim.
Tarix: 2019-08-22


Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır.
Tarix: 2019-08-20


Hikmət Babaoğlu: Azərbaycan polisi hər şeydən öncə dövlət atributlarımızı uniformasında daşıyan asayiş keşikçisidir.
Tarix: 2019-08-15


Azərbaycanla Gürcüstan arasında nifaq salmaq ssenarilərinin reallaşmasında canfəşanlıq göstərən radikallar bir daha ifşa olundular.
Tarix: 2019-07-26


“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”.
Tarix: 2019-07-16


Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə.
Tarix: 2019-07-05


“Üç aya 38 manat pul qazandım” - Keçmişdəki mən.
Tarix: 2019-05-31

© 2016 . All Rights Reserved. Powered by Cəbrayılov Elşad.