• Həyatı
    • Haqqında
    • Fəxri adları və titulları
    • İştirak etdiyi beynəlxalq konfranslar
    • Müəllif Şəhadətnamələri
  • Kitablar
    • Dərsliklər
    • Monaqrafiyalar
    • Roman
    • Publisistika
  • Elmi fəaliyyət
    • Elmi redaktoru olduğu kitab və monoqrafiyalar
    • Proqram və metodik tövsiyələr
    • Redaksiya heyəti üzvü olduğu beynəlxalq və yerli jurnallar
    • Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
  • Müsahibələr
  • Məqalələr
  • Elmi əsərlər
    • Elmi əsərlər Az
    • Elmi əsərlər Ru
    • Elmi əsərlər En
    • Elmi əsərlər Tr
  • İnternet resursları
  • Fotolar
  • Videolar
  • Sual-Cavab
  • Bloq
  • Əlaqə

Xəbərlər

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatı ictimaiyyət tərəfindən çox müsbət qarşılandı

“Sentyabr ayının 27-si millət olaraq hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır. Bu yeni tarix  ötən əsrin 90-cı illərində yazılan məğlubiyyətlər deyil, qalibiyyətlər, zəfərlər tariximizdir. Belə bir məsuliyyətli  mərhələdə ölkəmizdə mövcud olan 52 siyasi partiyadan 50-si bəyanat imzalayaraq Azərbaycan Prezidenti İlham Əliyevin  torpaqlarımızın erməni işğalından  azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı addımları, nümayiş etdirdiyi qətiyyəti dəstəklədiyini bildirdi. Bu addıım xalq-iqtidar birliyinə siyasi sistemimizin daxili aktorlarının verdiyi  dəstək oldu  və ictimai rəydə olduqca müsbət qarşılandı”.
Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın ən yeni siyasi tarixinin şərəfli səhifələrinin yazıldığı bu tarixi mərhələdə Azərbaycan xalqı ilə, Ali Baş Komandanla həmrəylik nümayiş etdirə bilməyən iki siyasi partiya - “Müsavat” və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə xalqımızın iradəsinin əksinə getməklə özlərini tarixin arxivinə gömmüş oldular. Onun sözlərinə görə,  bu, əslində, AXCP və Müsavat partiyalarının siyasi intiharı idi. Çünki belə həssas və məsuliyyətli, milli maraqlarımız baxımından bütün vacib əhəmiyyətli məsələlərdən daha vacib olan bir məsələdə xalqın yanında olmamaq, onun milli davasına dəstək verməmək bu siyasi partiyalar üçün intihardan başqa bir şey deyil: “Əslində, burada partiya iradəsi, yaxud ifadəsi, bəlkə də, o qədər  doğru deyil. Ona görə ki, bu iki partiyada partiya adından qərar qəbul edənlər əzəldən bəri Azərbaycan siyasi sisteminə kin-küdurət, siyasi intriqa, barışmazlıq gətirən İsa Qəmbər və Əli Kərimlidir. Ötən illərin təcrübəsi də onu göstərir ki, bu məntiq doğrudur. Çünki vaxtilə  bu iki şəxsin ətrafında olan çoxsaylı siyasətçi və partiya fəalları ya partiyadan kənarlaşıb, ya da siyasi fəaliyyətləri üçün başqa platforma müəyyən ediblər. Etiraf etmək lazımdır ki, onlardan daha istedadlı və rasional düşüncəli olanları xeyli uğurlar qazanaraq parlamentdə  təmsil olunacaq qədər tərəfdar və səs də toplaya bildilər. Bu isə, əslində, siyasi münasibətlərimizə  əlavə rəng palitrası gətirməklə siyasi sistemimizi  daha da  zənginləşdirib”.
“Əlbəttə ki, özündə iradə taparaq ən çətin tarixi anlarda belə xalqla, xalqın legitim siyasi iradəsi ilə bərabər olmağı bacarmayanlar siyasi səhnəni tərk etməyə məhkumdurlar. Şübhəsiz ki, bu, təəssüf yox, təqdir olunmalı hadisədir. Çünki onların yerinə  siyasi sistemimizə daha konstruktiv və yeni ideyalar təqdim edə biləcək yeni gənc nəsil siyasətçilər gələcək”, - deyə Milli Məclisin deputatı Hikmət Babaoğlu əlavə edib.

2020-10-01

Xəbərlər


Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir.
Tarix: 2021-01-19


Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.
Tarix: 2021-01-14


Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Tarix: 2021-01-13


Hikmət Babaoğlu: Hazırkı geostarteji reallıq regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər vəd edir.
Tarix: 2021-01-12


Hikmət Babaoğlu: ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal demokratiya olmadığı ortaya çıxdı.
Tarix: 2021-01-08


Hikmət Babaoğlu: Qərar qəbul edilərkən məsələyə kompleks yanaşılıb və vətəndaşlarımızın sosial mənafeyi nəzərə alınıb .
Tarix: 2021-01-05


Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir
.

Tarix: 2020-12-23


Co Baydenin ABŞ prezidenti seçilməsi dünyaya nə vəd edir? - TƏHLİL .
Tarix: 2020-12-19


Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının mənafeyi durur.
Tarix: 2020-12-16


Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür
.

Tarix: 2020-12-12


Hikmət Babaoğlu: Şəhid və qazi ailələrinə qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir.
Tarix: 2020-12-09


Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin istənilən beynəlxalq tribunadan ölkəmizin maraqlarını müdafiə etməsi ənənə halını alıb.
Tarix: 2020-12-04


Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib.
Tarix: 2020-12-03


Hikmət Babaoğlu: Kommunikasiyaların açılması yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımi şərtləri formalaşdıracaq.
Tarix: 2020-12-01


Hikmət Babaoğlu: Azərbaycan bundan sonra da öz maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək.
Tarix: 2020-11-27


Hikmət Babaoğlu: Azərbaycan əsgəri xilaskar olduğunu bir daha nümayiş etdirdi.
Tarix: 2020-11-25


Hikmət Babaoğlu: Rusiya Prezidentinin mövqeyi tarixi və hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır.
Tarix: 2020-11-19


Hikmət Babaoğlu: Fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilməməlidir.
Tarix: 2020-11-18


Hikmət Babaoğlu: Prezident İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər sərkərdə oldu.
Tarix: 2020-11-17


Hikmət Babaoğlu: Xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb.
Tarix: 2020-11-13

© 2016 . All Rights Reserved. Powered by Cəbrayılov Elşad.