• Həyatı
    • Haqqında
    • Fəxri adları və titulları
    • İştirak etdiyi beynəlxalq konfranslar
    • Müəllif Şəhadətnamələri
  • Kitablar
    • Dərsliklər
    • Monaqrafiyalar
    • Roman
    • Publisistika
  • Elmi fəaliyyət
    • Elmi redaktoru olduğu kitab və monoqrafiyalar
    • Proqram və metodik tövsiyələr
    • Redaksiya heyəti üzvü olduğu beynəlxalq və yerli jurnallar
    • Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
  • Müsahibələr
  • Məqalələr
  • Elmi əsərlər
    • Elmi əsərlər Az
    • Elmi əsərlər Ru
    • Elmi əsərlər En
    • Elmi əsərlər Tr
  • İnternet resursları
  • Fotolar
  • Videolar
  • Sual-Cavab
  • Bloq
  • Əlaqə

Xəbərlər

Hikmət Babaoğlu: Çıxışınızın hər kəlməsiylə, sözüylə, pauzası, nidasıyla qürur duydum

“Möhtərəm Prezidentim! Çıxışınıza diqqətlə qulaq asdım! Bir azərbaycanlı kimi çıxışınızın hər kəlməsiylə, sözüylə, pauzası, nidasıyla qürur duydum. Dediniz ki, xalqımızın yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, bunlar tamamilə doğrudur! Ancaq eyni zamanda, son yüz illik tariximizin ən qürurlu səhifələri bu gün yazılır. Bu tarixi Siz yazırsınız! Mən son yüz illik tarixi şərti deyirəm. Əsl həqiqətdə isə 1805-ci il Kürəkçay müqaviləsindən bu günədək yazılan tariximizin ən şərəfli səhifələrini Siz məhz indi yazırsınız! Milli faciələrimizin və məğlubiyyətlərimizin başlanğıcı hesab edilən 1805-ci il Kürəkçay müqaviləsi Qarabağın ilhaqının başlanğıcı olmaqla bir qədər sonra bütün Azərbaycanın faciəsinə çevrildi”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Milli Məclisin deputatı vurğulayıb ki, 1813-cü ildə Gülüstan, 1828-ci illdə Türkmənçay sülh müqaviləsi imzalanmaqla həm Azərbaycan bölündü, həm də vətənsiz və lənətlənmiş bir tayfa olan haylar bizim torpaqlarımıza yerləşdirildi: “Tanrının vətən vermədiyi, vətəni olmaq haqqına layiq bilmədiyi bu tayfaya biz torpaqlarımızdan “vətən  payı” verdik. Bu nankorlar isə ayaqları topraqlarımıza dəyər-dəyməz bizə qarşı hər cür xəyanət, alçaqlıq, terror və soyqırımı törətdilər! Son 30 illik tariximizdə isə daha da azğınlaşdılar. Torpaqlarımızı işğal etməklə kifayətlənməyib milli qürurumuzu təhqir etdilər, milli mənəviyyatımızı yaraladılar! Bütün bunlar bir xalqın mənəvi bitişi, mənəvi qırılma nöqtəsinə qədər gətirildi. Belə bir vaxtda Siz tarixi xilaskar, böyük sərkərdə və milli lider kimi elə bir tarixi qərar qəbul etdiniz ki, bu, təkcə torpaqlarımızın azad edilməsi deyil, milli ruhumuzun, milli qürurumuzun, milli mənəviyyatımızın dirçəliş tarixi olmaqla millətimizin yeni miladı hadisəsi olacaq! Sizinlə fəxr edirəm, cənab Prezidentim! Ulu Tanrım Sizə yar olsun, Sizi və Ali Baş Komandanı olduğunuz ordumuzu qorusun. Sizə və xalqımıza qələbə yaraşır. Bu qələbə elə bir tarixi-strateji qələbə olacaq ki, bundan sonra bir də heç vaxt heç nə bu vaxta qədər olduğu kimi olmayacaq! Siz Azərbaycanın və Cənubi Qafqazın ən yeni tarixinə öz möhürünüzü vuran böyük lider kimi tarixə əbədi imza qoyursunuz!”.

2020-10-06

Xəbərlər


Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir.
Tarix: 2021-01-19


Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.
Tarix: 2021-01-14


Üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Tarix: 2021-01-13


Hikmət Babaoğlu: Hazırkı geostarteji reallıq regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər vəd edir.
Tarix: 2021-01-12


Hikmət Babaoğlu: ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal demokratiya olmadığı ortaya çıxdı.
Tarix: 2021-01-08


Hikmət Babaoğlu: Qərar qəbul edilərkən məsələyə kompleks yanaşılıb və vətəndaşlarımızın sosial mənafeyi nəzərə alınıb .
Tarix: 2021-01-05


Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir
.

Tarix: 2020-12-23


Co Baydenin ABŞ prezidenti seçilməsi dünyaya nə vəd edir? - TƏHLİL .
Tarix: 2020-12-19


Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşının mənafeyi durur.
Tarix: 2020-12-16


Hikmət Babaoğlu: Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi və müstəqillik dövrüdür
.

Tarix: 2020-12-12


Hikmət Babaoğlu: Şəhid və qazi ailələrinə qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindəndir.
Tarix: 2020-12-09


Hikmət Babaoğlu: Azərbaycan Prezidentinin istənilən beynəlxalq tribunadan ölkəmizin maraqlarını müdafiə etməsi ənənə halını alıb.
Tarix: 2020-12-04


Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib.
Tarix: 2020-12-03


Hikmət Babaoğlu: Kommunikasiyaların açılması yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımi şərtləri formalaşdıracaq.
Tarix: 2020-12-01


Hikmət Babaoğlu: Azərbaycan bundan sonra da öz maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək.
Tarix: 2020-11-27


Hikmət Babaoğlu: Azərbaycan əsgəri xilaskar olduğunu bir daha nümayiş etdirdi.
Tarix: 2020-11-25


Hikmət Babaoğlu: Rusiya Prezidentinin mövqeyi tarixi və hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır.
Tarix: 2020-11-19


Hikmət Babaoğlu: Fransız xalqının maraqları bir qrup erməninin girovuna çevrilməməlidir.
Tarix: 2020-11-18


Hikmət Babaoğlu: Prezident İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər sərkərdə oldu.
Tarix: 2020-11-17


Hikmət Babaoğlu: Xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb.
Tarix: 2020-11-13

© 2016 . All Rights Reserved. Powered by Cəbrayılov Elşad.